16 Sentyabr 2024 23:21

Göyçay “City Mall” Ticarət və Əyləncə Mərkəzinin açılış münasibəti ilə konsert keçiriləcək-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçayda  sentyabrın 23-24  tarixində “Göyçay City Mall” Ticarət və Əyləncə Mərkəzinin  açılış münasibəti ilə konsert keçiriləcək.

İki gün davam edəcək konsert mərasimində  tanınmış incəsənət nümayəndələri  çıxış  edəcək.

Qeyd  edək ki, Brend geyim mağazalarının yerləşdiyi “Göyçay City Mall”ın açılışı münasibətilə qiymətlərə xüsusi endirimlər olacaq.