27 Noyabr 2024 08:31

Sabah Ərdoğan ABŞ-yə GEDƏCƏK

Azadsöz.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak etmək üçün sabah Amerika Birləşmiş Ştatlarına (ABŞ) gedəcək.

Ərdoğan 16-20 sentyabr tarixlərində ABŞ-də olacaq.

Türkiyə lideri sentyabrın 19-da BMT Baş Assambleyasının “Güvəni bərpa etmək və Qlobal həmrəyliyi canlandırmaq: 2030-cu il Gündəmi və Davamlı İnkişaf Məqsədlərinə, Sülhə, Rifaha doğru hərəkətləri sürətləndirmək” mövzusunda keçiriləcək ümumi müzakirələrin ilk günündə çıxış edəcək.

Prezident Ərdoğanın Nyu-Yorkda həmkarları başda olmaqla bir çox yüksək səviyyəli təmas və görüşlər keçirəcəyi gözlənilir. O, ABŞ-də yaşayan vətəndaşlar və icma nümayəndələri ilə yanaşı, iş dünyasının nümayəndələri, beyin mərkəzlərinin rəsmiləri və Amerika cəmiyyətinin müxtəlif təbəqələrindən olan fikir liderlərinin qatılacağı tədbirlərdə iştirak edəcək. 

Ankara escort İstanbul Travesti Shemale İstanbul