19 Sentyabr 2024 20:10

İlham Əliyev İsrail Prezidentinə məktub göndərdi

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Sizi və Sizin simanızda dost İsrail xalqını qarşıdan gələn yəhudi yeni ili – Roş ha-Şana bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

İnsanlara yeni ruh gətirən, gələcəyə dair yeni ümidlər bəxş edən bu nurlu bayramın Sizə və ailənizə, dost xalqınıza və ölkənizə xoş günlər, əmin-amanlıq, escort firavanlıq və bol ruzi-bərəkət bəxş etməsini diləyirəm.

Əminəm ki, milli-mənəvi dəyərlərini daim uca tutan xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com