08 Sentyabr 2024 03:53

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edir.

DSX-nin Mətbuat Mərkəzinin məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar Dövlət Sərhəd Xidmətinə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdaki tələblərə cavab verməlidir:

Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

30 yaşı keçməməli;

Fiziki cəhətdən sağlam olmalı;

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşmaları xahiş olunur.

Əlavə məlumat üçün:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi 30.

Əlaqə nömrəsi: 012-493-62-47