08 Sentyabr 2024 03:50

Rayonlarda leysan yağıb – FAKTİKİ HAVA

Azadsöz.az xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Ağdam, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada leysan xarakterli yağış yağıb.

Xidmətdən verilən məlumat görə, duman Neft Daşları, Şahbuz, Daşkəsən, Naftalan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qrız, Göyçay, Lerikdə müşahidə olunub.

Bakıda və Abşeron yarımadasında 22 dərəcə, Naxçıvan MR-da 20 dərəcə, Aran rayonlarında 19 dərəcə, dağlıq rayonlarda 13 dərəcə olub.