Azadsöz.az xəbər verir ki, Latviya bu gündən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa qoyub.
Qadağa o cümlədən avtomobillərin Belarus sərhədindən keçirilməsinə də aid edilib.
“Avropa Komissiyasının və Xarici İşlər Nazirliyinin rəyinə əsasən, Dövlət Gəlirləri Xidməti bildirir ki, bu gündən – sentyabrın 12-dən etibarən Rusiya Federasiyasında qeydiyyatda olan nəqliyyat vasitələrinə malik şəxslərin Latviyanın Rusiya və Belarusla sərhəd-keçid məntəqələri vasitəsilə Avropa İttifaqına daxil olması qadağan edilib”, – deyə qeyd olunub.
Məlumata görə, ölkəyə daxil olanlar Rusiya və ya Belarusa qayıtmaqdan imtina edərlərsə, nəqliyyat vasitəsi müsadirə olunacaq.