Azadsöz.az xəbər verir ki, Gürcüstan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirir və Qarabağda 9 sentyabr 2023-cü ildə keçirilmiş qondarma “prezident seçkilərini” tanımır”, – deyə bəyanatda qeyd olunub.