Azadsöz.az xəbər verir ki, sentyabrın 9-da səhər saatlarında 1979-cu il təvəllüdlü Cəfərov Ramil Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, R.Cəfərova xəsarət yetirən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.