27 Noyabr 2024 03:36

Paşinyan İlham Əliyevlə təcili müzakirə aparmaq istəyini Blinkenə də çatdırdı

“Azadsöz.az” erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Regiondakı vəziyyətlə bağlı məsələlər müzakirə olunub. 

Baş nazir 6 oktyabr 2022-ci ildə Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalar əsasında bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə sadiqliyini vurğulayıb.

Entoni Blinken bütün məsələlərin dialoq və sülh yolu ilə diplomatik yolla həllinin vacibliyini vurğulayaraq, ABŞ-nin bu istiqamətdə fəal səylərini davam etdirəcəyini qeyd edib.

Nikol Paşinyan bu məqsədlə Azərbaycan prezidenti ilə təcili müzakirələrə hazır olduğunu gün ərzində dördüncü dəfə vurğulayıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul