Şəhid atası saxlanıldı-FOTO

Azadsöz.az xəbər verir ki,  sentyabrın 22-si saat 14 radələrində 1966-cı il təvəllüdlü Fərrux Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə Goranboy rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı idarə etdiyi “Niva” markalı avtobillə Fərrux Qasımovun üzərinə sürməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əmiraslan Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Əmraslan Nağıyev Vətən müharibəsi şəhidi, gizir Vüsal Nağıyevin atasıdır. Hadisə zamanı dünyasını dəyişən Fərrux Qasımov şəhidin qayınatası olmaqla yanaşı, eyni zamanda da dayısıdır. Hadisə şəhid Vüsal Nağıyevin adını daşıyan küçədə baş verib.

Xatırladaq ki, şəhid atasının törətdiyi qəza haqda rəsmi məlumatı Goranboy rayon prokurorluğu yayıb.

 

Qudasını vuran şəhid atasısaxlanıldı

Escorte escortait.com putas