Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan Aslan Əliyevin doğum günüdür.Aslan Elman oğlu Əliyev 23 sentyabr 2001-ci ildə Göyçayın Hacalıkənd kəndin də anadan olub.Şəhidimizin ad günü məzarı önündə qeyd olunub.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən rayon rəhbəri Mehdi Səlimzadə şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzmkarlığından danışıb. 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduğumuzu vurğulayıb.Tədbirdə çıxış edənlər Aslan Əliyevlə bağlı xatirələrini bölüşüblər.
Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.
Qeyd edək ki, Aslan Əliyev İkinci Qarabağ Müharibəsinə son damla qanına kimi vuruşaraq 07.11.2020 ci ildə şəhidlik zirvəsinə ucalıb.Doğulduğu kənddə torpağa tapşırılıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.