Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır

Azadsöz.az  xəbər  verir  ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turniri davam edir.Bu gün  Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar. 5 təmsilçimiz yarışda qüvvəsini sınayacaq.

Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq) və Rafiq Hüseynov (77 kq) təsnifat, Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) 1/8 final mərhələsində yarışa başlayacaq.

Bu gün həmçinin qadın güləşçilərdən Elis Manolova (68 kq) final görüşünə çıxacaq. Onun rəqibi Mimi Xristova (Bolqarıstan) olacaq.

Yunan-Roma güləşi

60 kq
Təsnifat:
 Murad Məmmədov – Stiq Andre Berqe (Norveç)

67 kq
Təsnifat:
 Rəsul Çunayev – Donior İslamov (Moldova)

77 kq
Təsnifat:
 Rafiq Hüseynov – Hyenvu Kim (Koreya)

97 kq
1/8 final:
 Murad Lokyayev – Nikolos Kakelaşvili (İtaliya)

130 kq
1/8 final:
 Beka Kandelaki – Oskar Marvik (Norveç)

Qadın güləşi

68 kq
Final:
 Elis Manolova – Mimi Xristova (Bolqarıstan)

Görüşlər Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Medal görüşləri saat 18:00-da, lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Elis Manolova finala vəsiqə qazanmaqla, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Qadın güləşində daha bir vəsiqəni 2019-cu il dünya çempionatında Mariya Stadnik (50 kq) əldə edib.

Yunan-Roma güləşində hələlik yeganə lisenziyaya İslam Abbasov (87 kq) martda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Təsnifat turnirində sahib olub.

Azərbaycan sərbəst güləşçiləri isə olimpiadaya 3 vəsiqə qazanıblar. Həmin lisenziyalara Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) yiyələnib.


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle

Escorte escortait.com putas