Azadsöz.az xəbər verir ki , bu gün Müsavat Partiyasının bir qrup üzvü Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlamasında bildirib ki, cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb, saxlanılan yoxdur.