26 Aprel 2024 16:29

Fərqliliyimiz Uğurumuzdur

İtkin düşmüş zabitimizin nəşi tapıldı-FOTO

Azadsöz.az  xəbər  verir  ki,  Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində itkin düşmüş kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi  7 aylıq axtarışlardan sonra  tapılıbdı.

Lerik rayonunun Anbu kəndində anadan olan kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlu ikinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Ötən il oktyabrın 15-dən sonra Ə.Rəhmətovla əlaqə saxlamaq mümkün olmayıb. Uzun axtarışlardan sonra bu gün onun şəhid olduğu müəyyən edilib.

Qeyd edək ki, Ə.Rəhmətov həmçinin Aprel döyüşlərində, ötən ilin Tovuz döyüşlərində bir sıra qəhrəmanlıqlar nümayiş etdirib.(report.az)

Vətən müharibəsində itkin düşmüş zabitimizin nəşiTAPILDI