Azadsöz.az xəbər verir ki, Vətən müharibəsində şəhid olan müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ələkbər Əlövsət oğlu Musayev bu gün doğulduğu Cəlilabad rayonunun Mollalı kəndində torpağa tapşırılıb.
Tabuta bükülmüş Azərbaycan bayrağı şəhidin atası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlövsət Musayevə təhvil verilib. Dəfn fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib.
Qeyd edək ki, Ələkbər Musayev 1999-cu il iyunun 16-da anadan olub.
O, Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində itkin düşmüşdü. Hərbçimizin şəhid olduğu bu gün məlum olub.