07 May 2024 10:55

Fərqliliyimiz Uğurumuzdur

Şəhid hərbi qulluqçumuz dəfn edildi-FOTO

Azadsöz.az  xəbər  verir ki, Vətən müharibəsində şəhid olan müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ələkbər Əlövsət oğlu Musayev  bu  gün doğulduğu Cəlilabad rayonunun Mollalı kəndində  torpağa tapşırılıb.

Tabuta bükülmüş Azərbaycan bayrağı şəhidin atası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlövsət Musayevə təhvil verilib. Dəfn fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib.

Qeyd edək ki, Ələkbər Musayev 1999-cu il iyunun 16-da anadan olub.

O, Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində itkin düşmüşdü. Hərbçimizin şəhid olduğu bu gün məlum olub.

Şəhid hərbi qulluqçumuz dəfn edildi