19 Sentyabr 2024 05:00

Qanunsuz erməni silahlı dəstələri xarici aviaşirkətlərin sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq edib – MN

Azadsöz.az xəbər verir ki,Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

“Sentyabrın 1-i Paris-Pekin marşrutu üzrə uçuş yerinə yetirən ABŞ Hava Yollarının B-77L tipli sərnişin təyyarəsinə saat 11:15-dən 11:36-dək, Təl-Əviv-Bakı marşrutu üzrə uçuş yerinə yetirən İsrail Hava Yollarının C-650 tipli sərnişin təyyarəsinə saat 13:30-dan 13:58-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranmışdır.

Qeyd olunan faktlar barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı məlumatlandırılıb”, – deyə məlumatda qeyd olunub.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com