23 Noyabr 2024 09:41

Zelenskinin BMT Baş Assambleyasında iştirakı ilə bağlı qərar verildi

Azadsöz.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcəyi və ölkədəki vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Bu barədə jurnalistlərə Albaniyanın BMT-dəki səfiri Ferit Hoca məlumat verib.

Onun sözlərinə görə, Zelenski ehtimal edildiyi kimi, sentyabrda Nyu-Yorkda BMT-də dünya liderlərinin illik toplantısında və BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında iştirak edəcək.

Albaniyanın BMT-dəki səfiri vurğulayıb ki, Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində keçiriləcək. O əlavə edib ki, BMT liderlərin Nyu-Yorkda olmasından istifadə etmək istəyir. Sentyabrın 20-də Ukraynada sülhün və təhlükəsizliyin qorunması mövzusunda tədbir baş tutacaq.

BMT Baş Assambleyasının 78-ci sessiyasında Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul