16 Sentyabr 2024 23:04

Sinqapurun yeni prezidenti o seçildi

Azadsöz.az xəbər verir ki, Sinqapurun keçmiş baş nazirinin müavini Tharman Şanmuqaratnam prezident seçkilərində qalib gəlib.

Bu barədə The Straits Times məlumat yayıb.

Nəşr qeyd edib ki, Şanmuqaratnam səslərin 70,4 faizini, onun rəqibləri Nq Kok Sonq və Tan Kin Lian isə müvafiq olaraq 15,72 faiz və 13,88 faiz səs toplayıb.

“Mən tam əminəm ki, o (Sinqapurun yeni prezidenti) prezident kimi öz vəzifələrini mükəmməl şəkildə yerinə yetirəcək”, – Şanmuqaratnamın qələbəsi münasibəti ilə Sinqapurun baş naziri Li Syanlonq bildirib.