Azadsöz.az xəbər verir ki, Qara Dəniz Taxıl sazişi ilə bağlı işlərimiz davam edəcək, bu razılaşma həm dünyada ərzaq təhlükəsizliyi, həm də Qara dənizin sabitliyi və sülhü üçün son dərəcə vacibdir.
TurkicWorld-ə istinadən məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla birlikdə jurnalistlərə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, BMT tərəfindən Türkiyənin də töhfələri ilə yeni bir təklif paketi hazırlanıb.
“Düşünürük ki, bu təklif təşəbbüsün canlandırılması üçün uyğun bir əsas təşkil edir”, – deyə o əlavə edib.