08 Sentyabr 2024 04:31

“Azərbaycana kömək məsələsində heç bir zaman tərəddüd etmədik” – Ərdoğan

Azadsöz.az xəbər verir ki,  Can Azərbaycana kömək məsələsində heç bir zaman tərəddüd etmədik.

TurkicWorld-ə istinadən məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizim Azərbaycana olan dəstəyimiz davam edir. Heç bir vaxt can Azərbaycana kömək məsələsində tərəddüd etməyəcəyik. Biz hazırda öz hərbi gəmilərini inşa edən 10 ölkədən biriyik. PUA, pilotsuz döyüş təyyarələri, hücum təyyarələrimiz və bir gəmimiz var. Regionumuzda sülh və etimadın bərqərar olması üçün səylər göstəririk”, – dövlət başçısı qeyd edib.