19 Sentyabr 2024 04:55

“Android” istifadəçiləri üçün YENİLİK (FOTO)

Azadsöz.az xəbər verir ki, “Google” “Android” smartfon istifadəçilərinə telefon nömrəsini tez köçürmək funksiyasını təklif edəcək.

Bu barədə “9to5Google” nəşri məlumat yayıb.

Məqalə müəllifləri “Android”in yeni versiyasının kodunu araşdırarkən, orada eSIM tarifinin bir smartfondan digərinə sadələşdirilmiş ötürülməsi funksiyasını tapıblar.

Bununla bağlı görüntülərə əsasən, istifadəçilərə yeni qadceti quraşdırarkən onlara cihazın ekranında görünən QR kodu skan etmək təklif olunacaq. Bu halda, eSIM nömrəsinin köhnə telefonla əlaqəsi kəsiləcək və yenisinə təyin ediləcək.

Materialda deyilir ki, gələcəkdə telefon istifadəçiləri fiziki SİM kartlardan tamamilə imtina edə biləcəklər.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com