Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir.