Azadsöz.az xəbər verir ki, Yunanıstanda COVID-19-un yeni variantı olan “Eris”ə yoluxanların sayının artması müşahidə olunur.
Bu barədə Yunanıstan Milli Xalq Sağlamlığı Agentliyi (EODY) məlumat yayıb.
Məlumata görə, 7-13 avqust tarixlərində COVID-19 səbəbiylə xəstəxanada müalicə olunanların sayı əvvəlki dörd həftənin orta göstəricisi ilə müqayisədə 71 faiz artıb.