19 Sentyabr 2024 05:18

Şamaxıda dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb – VİDEO(YENİLƏNİB)

Azadsöz.az xəbər verir ki, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

*****
20:06

Azadsöz.az xəbər verir ki,  Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir. Ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanır.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com