Azadsöz.az xəbər verir ki, Birləşmiş Ştatlar taxıl müqaviləsi ləğv edildikdən sonra Ukrayna taxılının alternativ ixrac marşrutları yaratmaq üçün Türkiyə , Ukrayna və digər Şərqi Avropa ölkələri ilə danışıqlar aparır.
Bu barədə “The Wall Street Journal” rəsmilərə istinadən yazıb .
ABŞ Ukrayna taxılının alternativ ixrac marşrutlarından istifadəni artırmaq üçün Türkiyə, Ukrayna və Kiyevin qonşuları ilə danışıqlar aparır .
Vaşinqtonun dəstəklədiyi plan Ukraynanın oktyabr ayına qədər Dunay boyunca ayda 4 milyon ton taxıl ixrac etmək qabiliyyətini artırmağı tələb edir.
Materialda qeyd olunur ki, taxılın əhəmiyyətli hissəsi Dunay çayı boyunca, eləcə də Qara dənizin dibi ilə Rumıniyanın yaxınlıqdakı limanlarına göndəriləcək . Bundan sonra “başqa istiqamətlərə göndəriləcək”. Nəşrin məlumatına görə, belə marşrut daha yavaş və daha bahalıdır.
Dunay boyunca “Ukraynanın ixrac imkanlarını artırmaq” səyləri Türkiyə və BMT-nin Rusiyanı taxıl sazişinə qaytarmaq üçün atdığı addımlarla paralel gedir .