27 İyul 2024 08:24

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 26-ya çatdı

Azadsöz.az xəbər verir ki, Gürcüstanda torpaq sürüşməsinin baş verdiyi Oni bələdiyyəsində daha bir nəfərin meyiti tapılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş təbii fəlakətlə əlaqədar avqustun 7-də Gürcüstanda matəm günü elan edilib.