Azadsöz.az xəbər verir ki, Separatçılar Qarabağda yaşayış məntəqələrinə yeni atəş mövqeləri yerləşdirir. Son günlər mövqelərimizin atəşə tutulması, istər Ermənistan dövləti olaraq, istər lobbi halında Azərbaycana qarşı təxribatyönlü addımlarının sürətlə artması, Azərbaycana hərtərəfli hücum strategiyasının yenidən seçilməsi rəsmi Bakını hansı addımlar atmağa vadar edə bilər? Bu, antiterror əməliyyatı ehtimalını yaxın perspektivdə artıra bilərmi?
Məsələ ilə bağlı ərazilərdə hərbi hissənin yaradılması, artilleriya vasitələrinin oraya daşınması, hərbi təyinatlı yüklərin və texnikaların yaşayış məntəqələrində yerləşdirilməsi düşmənin bir daha riyakar xislətini göstərir.
“Bütün bunlar Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ermənistanın əsas məqsədi Azərbaycana qarşı hər hansı bir təxribat törətməkdir. Azərbaycan ordusunun da təxribata qarşı cavab olaraq həmin nöqtələri zərərsizləşdirəcəyini ermənilər yaxşı bilir. Ermənistan ordumuzun atdığı cavab addımlarından siyasi şou düzəltmək istəyir.
Geniş videomüsahibəni təqdim edirik: