30 Noyabr 2024 20:34

İyul ayında Azərbaycanda turist axını artıb

Azadsöz.az xəbər verir ki, 2023-cü ilin iyul ayında Azərbaycanı 224 826 əcnəbi vətəndaş ziyarət edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,24 faiz yüksəkdir.

Çərşənbə günü Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana 1 144 122 turist səfər edib (göstərici 37,48 faiz artıb).

2023-cü ilin iyul ayında Azərbaycana səfər etmiş əcnəbilərin sayının ən yüksək olduğu 10 ölkə siyahısına Rusiya (72,4 min nəfər), Türkiyə (31,3 min nəfər), Səudiyyə Ərəbistanı (21,9 min nəfər), İran (14,5 min nəfər), Gürcüstan (8,7 min nəfər), Hindistan (7,8 min nəfər), Qazaxıstan (6,3 min nəfər), Pakistan (5,9 min nəfər), Birləşmiş Ərəb Əmirlikləri (5,2 min nəfər) və İsrail (4,4 min nəfər) daxil olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Azərbaycana səfər edən turistlərin sayı 119 094, fevralda 113 473, martda 136 505, apreldə 154 233, mayda 190 081, iyunda isə 205 910 olub.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycana 1 602 600 əcnəbi vətəndaş səfər edib ki, bu da 2021-ci ilin göstəricisindən (790 062) 2 dəfədən çox yüksəkdir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul