30 Noyabr 2024 01:59

Hakimliyə namizədlərin imtahan prosesi sürətləndirilib

Azadsöz.az xəbər verir ki, hakimliyə namizədlərin imtahan prosesi sürətləndirilib.

Bu barədə  Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Bildirilib ki, ölkədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, xüsusilə də dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 2019-cu il 03 aprel tarixli fərmanı ilə əlavə ayrılmış hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görülür.

Hakimliyə namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə imtahan suallarına dair annotasiyanın yenilənmiş variantı Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər test imtahanı suallarının annotasiyası ilə buradan tanış ola bilərlər. Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onlar üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək, hər bir namizəd fərdi qaydada, sualları kompüter vasitəsilə cavablandıracaq.

Hakimlərin Seçki Komitəsi bildirir ki, sənədlərini ilk təqdim etmiş 170 nəfərədək hakimliyə namizədlərlə test imtahanı cari il noyabrın 3-də keçiriləcək, eyni zamanda namizədlərin sənədləri bundan sonra da davamlı olaraq qəbul ediləcək.

İmtahanların keçirilməsi tarixi, yeri, qaydası, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlər barədə məlumatlar www.jlc.gov.az saytında mütəmadi dərc ediləcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul