Türkiyənin viza rejiminin sadələşdirilməsi məsələsi payızda müzakirə olunacaq.
Azadsöz.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) yüksək rütbəli rəsmisi bildirib.
“Aİ-Türkiyə münasibətləri barədə Avropa Şurasının müəyyən etdiyi alətlər və variantlar əsasında strateji və gələcəyə hesablanmış bir şəkildə irəliləmək məqsədi ilə Şuraya təqdim olunacaq hesabat payızda müzakirə ediləcək. Türkiyə ortaq maraq doğuran bir çox sahədə namizəd ölkə və əsas tərəfdaş olmaqda davam edir”, – o vurğulayıb.