Azadsöz.az xəbər verir ki, Gürcüstanın Şovi kurort zonası yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Bu yaxınlarda axtarış-xilasetmə əməliyyatları zamanı daha bir nəfərin cəsədi tapılıb.
Bu gün səhər saatlarında hərbçilər axtarışlara qoşulub. Ərazidə ümumilikdə 400-ə yaxın xilasedicinin çalışdığı bildirilib.
Qeyd edək ki, torpaq sürüşməsi avqustun 3-də günorta saatlarında Gürcüstanın qərbindəki Şovi kurort bölgəsində baş verib.