“Azadsöz.az” bp-yə istinadən xəbər verir, Azərbaycanda “Şahdəniz” qaz-kondensat yatağı 2006-cı ildə işə salındıqdan sonra yataqdan 196 milyard kubmetr qaz nəql olunub
Qeyd edilib ki, bu müddət ərzində kondensat hasilatı 42 milyon ton olub.
2023-cü ilin birinci yarısında “Şahdəniz” yatağından ümumilikdə – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından təqribən 13 milyard kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat hasil edilib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 72,6 milyon (ildə təqribən 26,5 milyard) kubmetrdir.
2023-cü ilin birinci yarısında bp və tərəfdaşlarının “Şahdəniz” yatağının işlənməsinə çəkdiyi əməliyyat xərcləri və əsaslı xərclər müvafiq olaraq 1 milyard 208 milyon dollar və 408 milyon dollar olub. Bu xərclərin böyük əksəriyyəti yatağın işlənməsinin ikinci fazasını təşkil edən “Şahdəniz 2” layihəsinə aid olub.
“Şahdəniz”də iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).