27 İyul 2024 10:24

Ərdoğanın Ceyhun Bayramovla müzakirə etdiyi məsələlər MƏLUM OLDU

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

“Azadsöz.az” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

“Nazir Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlər, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb”, – məlumatda deyilir.

xxx

16:26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

“Azadsöz.az”   xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşüb. Nazirin digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.