27 İyul 2024 07:49

Musa Şəkiliyev Ağçay kəndində səyyar qəbul KEÇİRDİ

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ağçay kəndində 14 iyul 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

 Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər vətəndaşların  həyətyanı torpaq sahəsi və işlə təmin olunması, aztəminatlı kənd sakininə maddi yardımın göstərilməsi ilə bağlı olmuşdur.

 Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir.