30 Noyabr 2024 03:47

Xocalı faciəsini işıqlandıran amerikalı jurnalist Tomas Qoltz vəfat edib – FOTO

Azadsöz.az xəbər verir ki, Amerikalı məşhur hərbi jurnalist, Birinci Qarabağ müharibəsi və Xocalı faciəsi haqqında kitab yazan Tomas Qoltz vəfat edib.

Tomas Qoltz 11 oktyabr 1954-cü ildə Yaponiyada anadan olub. O, Amerika Birləşmiş Ştatlarının Şimali Dakota ştatında böyüyüb, Nyu-York Universitetini Orta Şərq araşdırmaları üzrə magistr ixtisası ilə bitirib.

Tomas Qoltz 15 il müddətində Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olub. Bu müddət ərzində o, yazdığı kitablarda “qaynar” nöqtələrdə baş verən hadisələri təsvir edib. 1998-ci ildə işıq üzü görən “Azərbaycan gündəliyi” kitabında Xocalı faciəsi, “Çeçenistan gündəliyi”ndə birinci Çeçenistan müharibəsindən, “Gürcüstan gündəliyində” isə gürcü-abxaz münaqişəsi barədə bəhs olunur.

Dəfələrlə ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilən Tomas Qoltz Birinci Qarabağ müharibəsində Azərbaycan həqiqətlərini dünyaya çatdırdığı üçün Ermənistanda arzuolunmayan şəxslər siyahısına salınaraq girişinə qadağa qoyulub. Özünün də qürurla qeyd etdiyi kimi, dünyanın bir çox ölkələrində və o cümlədən, yaşadığı Amerikada, onu Azərbaycanın və Heydər Əliyevin dostu kimi tanıyıblar. 

“Çeçenistan gündəliyi” kitabı 2003-cü ildə nəşr edilib, 2005-ci ildə türk dilinə tərcümə edilib. “Gürcüstan gündəliyi” isə 2006-cı ildə işıq üzü görüb.

Tomas Qoltz bir çox dillərdə, o cümlədən türk, Azərbaycan, alman, rus, ərəb, fars dillərində sərbəst danışıb.

2020-ci ildə Azərbaycan və Qafqaz bölgəsində sülhə və barışığa verdiyi töhfəyə görə ADA Universitetinin Fəxri Doktoru adına layiq görülüb.

Qoltz 2023-cü il iyulun 28-də yaşadığı ABŞ-nin Montana ştatının Livinqston şəhərində 69 yaşında vəfat edib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul