29 Noyabr 2024 20:41

Azyaşlıları yürüşə cəlb edən şəxs saxlanıldı

Azadsöz.az xəbər verir ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də Sabunçu rayonu Savalan qəsəbəsində məhəllələrin birində 11 azyaşlının yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin hərəkətləri edən 1991-ci il təvəllüdlü Mirzəyev Elgün Əfsər oğlu həbs edilib.

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul