30 Noyabr 2024 14:46

Müdafiə Nazirliyi açıqlama yaydı

“Bəzi media subyektləri tərəfindən guya yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə əsassız məlumatlar paylaşılır”.

Azadsöz.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.

Bildirilib ki, ictimailəşdirilməsi məqsədəuyğun hesab edilən məlumatlar Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq çatdırılır:

“Media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə heç bir real əsası olmayan, rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağı tövsiyə edirik”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul