Azadsöz.az xəbər verir ki, Pərviz Sədrəddinov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi təyin edilib.
Bu barədə o, özü məlumat yayıb.
P. Sədrəddinov bundan əvvəl “Kapital Bank”ın mətbuat katibi idi.
Onu da qeyd edək ki, bu ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilən Mürsəl İbrahimov da əvvəl “Kapital Bank”da çalışıb. O, dövlət xidmətinə rəis təyin edilənədək sözgüedən bankın Təhlükəsizlik Departamentinin direktoru olub.