19 Sentyabr 2024 05:27

Laçının daha 56 sakini doğma yurda qayıtdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

  Azadsöz.az xəbər verir ki,  iyulun 28-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 16 ailə – 56 nəfər köçürülüb.Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com