Azadsöz.az xəbər verir ki, Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.
ANAMA-nın məlumatına görə, namizədlər ali və ya orta ixtisas tibb təhsilli olmalı, müvafiq sahədə bir ilə qədər iş stajı olmalıdır.
Qeyd olunub ki, çalışdığı müddətdə işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.
Sənəd qəbulu avqustun 15-dək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.
Əlavə məlumat üçün 805 – qaynar xəttinə müraciət edilə bilər.