Azadsöz.az xəbər verir ki, Bakı şəhəri, Heydər Əliyev prospektində Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində ( Hava limanının qarşısı) P tipli istiqamətverici lövhələrin quraşdırılması davam edir. Lövhələrin quraşdırılması işləri bu axşam saat 22:00-dan səhər saat 05:00-dək aparılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.