Azadsöz.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin 3 idarəsinə yeni təyinatlar olub.
Bunlarla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, Qədirov Pərviz Paşa oğlu Gəncə Gömrük İdarəsinə, Rüstəmov Elçin Ədalət oğlu Balakən Gömrük İdarəsinə, Alverdiyev Tariyel Mehman oğlu isə Sumqayıt Gömrük İdarəsinə rəis təyin olunublar.