Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun  məlumatına görə, rayon ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Buynuz kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.