Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsman) yeni səlahiyyət verilib.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Konstitusiya Məhkəməsi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
“Konstitusiya Məhkəməsi haqqında” qanuna olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğusuna Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində sorğu verilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol veriləcək.