29 Noyabr 2024 22:29

Xəbəral.Az xəbər saytı 9 yaşını qeyd edir

Azadsöz.az xəbər verir ki, bu gün ölkənin tanınmış saytı olan Xəbəral.Az xəbər saytının 9 yaşı tamam olur. Sayt 2014-ci il iyulun 24-ü fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb.

Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xəbəral.Az portalı geniş oxucu auditoriyasına malikdir. Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və videoreportajlar da dərc olunur.Sayt hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb.

Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb.Bu ötən illər ərzində oxucularına hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışıb.
Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Xəbəral.az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub. 

Xatırladaq ki, Xəbəral.az saytı fərqli sosial şəbəkə platformalarında geniş izləyici sayı toplayıb.

Xəbəral.az xəbər portalının baş redaktoru Mirismayıl Xələfli vurğulayıb ki, bu gün mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər dövlətin mətbuata qayğısı kimi dəyərləndirilməlidir.

Nəzərinizə çatdıraq ki, bu gün həmçinin Xəbəral.az saytının Baş redaktoru Mirismayıl Xələflinin 39 yaşı tamam olur.

Azadsöz.az  xəbər  saytının  rəhbərliyi  başda  olmaqla,  kollektiv  olaraq  Xəbəral.az saytının Baş redaktoru Mirismayıl Xələflini saytının  9  özünün isə  39  yaşı  olması  münasibətilə  təbrik edirəm. Sənətində,  şəxsi  həyatında  uğurlar  arzulayırıq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul