19 Sentyabr 2024 04:59

Göyçayda yol qəzası baş verib-YARALILAR VAR (FOTO)

Azadsöz.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında  Göyçay-Ucar yolunun Hüngütlü kəndi ərazisindən keçən hissəsində  qeydə alınıb.

2001-ci il təvəllüdlü İsmayılov İbrahim Bəylər oğlunun  idarə etdiyi “VAZ 2107”   markalı avtomobil  Göyçay-Ucar yolunun Hüngütlü kəndi ərazisində  hərəkətdə  olan  zaman anidən avtomobilin təkəri çıxıb.

Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil  qarşıdan  gələn “VAZ 2106” markalı avtomobillə  toqquşub. Nəticədə “VAZ 2107” markalı minik avtomobilinin  sürücüsü və   sərnişinlər  müxtəlif  dərəcəli  bədən xəsarətləri alıblar.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com