19 Sentyabr 2024 05:52

Penitensiar xidmət və DİN birgə əməliyyat keçiriblər

 Azadsöz.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN) narkotiklə bağlı birgə əməliyyat keçiriblər.

Penitensiar xidmətdən verilən məlumata görə, birgə əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı istintaq təcridxanasında saxlanılan Əşrəfağa Azad oğlu Əlizadənin Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinin ərazisində gizlətdiyi ümumi çəkisi 482 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com