19 Sentyabr 2024 06:13

Şəhid Elşən Nuriyevin ailəsində xoş HADİSƏ (FOTO)

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Nuriyev Elşən Əlisa oğlunun  ailəsində xoş hadisə baş verib. 

Şəhidimizin  qardaşı  Nuruzadə  Rövşən Əlisa  oğlunun qız  övladı  dünyaya  gəlib.Körpəyə  Nigar  adı  verilib.

Qeyd  edək  ki, şəhid  Elşən Əlisa oğlu Nuriyev 13 iyun 1996-cı ildə Göyçay şəhərində anadan olub.2020-ci il sentyabrın 21-də könüllü  olaraq təlimlərə  qatılıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak  edib.Oktyabrın 4-də  şəhid olub.Böyük izdihamla Göyçay  Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin  sərəncamı  ilə Elşən Nuriyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azadsöz.az  kollektivi  olaraq şəhidimizin ailəsini  səmimi qəlbdən təbrik edir, dünyaya göz açan balamıza xoşbəxt və sağlam gələcək arzu edirik.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com