19 Sentyabr 2024 05:34

“Mühüm mesajların, çağırışların səsləndiyi tədbir”-Sahib Şükürov

Məlum olduğu kimi iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. İclasda Qoşulmama Hərəkatının üzv dövlətləri, Hərəkat yanında müşahidəçi statusu almış dövlətlər və beynəlxalq təşkilatlar, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri daxil olmaqla ümumilikdə 93 ölkə, 11 beynəlxalq təşkilat iştirak edib.
Prezident İlham Əliyev görüşdə iştirak edərək çıxış edib. Çıxışında olduqca mühüm məqamlara toxunan dövlət başçımız cox ciddi mesajlar səsləndirib.
Əvvəlcə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründəki fəaliyyətindən məlumat verən dövlətimizin başçısı Hərəkata üzv ölkələrinin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü və yenidən yekdil qərarla sədrliyin daha bir il uzadıldığını xatırlatdı.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruduğunu deyən cənab İlham Əliyev Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, Qoşulmama Hərəkatı bu mübarizədə qlobal səyləri birləşdirdiyini qeyd etdi. Ölkə başçısı 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasının Azərbaycanın sədrliyinin növbəti nailiyyəti olduğunu şişli escort bayan vurğuladı.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın sədrliyinin digər prioriteti ehtiyacı olan ölkələrə yardım göstərmək olub. Azərbaycanın əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərdiyini qeyd edən ölkə rəhbəri Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verdiyini, həmçinin beş ölkəni peyvəndlə təmin etdiyini xatırladıb.
Azərbaycanın neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu vurğulayan prezident İlham Əliyev qeyd edib ki, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.
Dövlət başçısı açıq şəkildə Fransanın neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olduğunu bildirdi və qeyd etdi ki, bu ölkənin Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Prezident İlham Əliyev Fransanın Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməli olduğunu bildirdi.
Dövlət başçımız eyni zamanda Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirdiyini hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanıldığını və bütün bunların utancverici və iyrənc hərəkət olduğunu vurğuladı. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb etdi.
Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır deyən dövlət başçımız Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəklədiyini bildirdi.
Prezident İlham Əliyev öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Farnsanın Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu vurğuladı.
Prezident İlham Əliyev 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoyduğunu , Azərbaycanın özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdiyini xatırlatdı .
Azərbaycan həqiqətlərinə, erməni cinayətləri və vandalizminə toxunan dövlət başçımız otuz il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdiyini və bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildiyini, 1992-ci ildə Xocalı şəhərində ermənilərin 613 azərbaycanlını, o cümlədən 106 qadını və 63 uşağı yalnız etnik mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiyini, 30 il ərzində Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdıldığını, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunduğunu, 67 məsciddən 65-i dağıdıldığını, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edildiyini söyləyərək bir daha erməni vəhşiliklərini, hərbi cinayələtrini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Prezident İlham Əliyev Ermənistanın işğalının digər mənfi fəsadı minalar olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. Dövlət başçımız məlumat olaraq bildirdi ki, 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.
Beləliklə, 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü mühüm mesajların, çağırışların səsləndiyi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da növbəti əhəmiyyətli tədbir kimi yadda qaldı.

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri  Sahib Şükürov

Azadsöz.az 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com